kriminal.az
Bu il çimərliklərdə hansı təhlükə gözlənilir? - Ekspertlərdən XƏBƏRDARLIQ + VİDEO

Xəzər dənizində suyun səviyyəsinin azalması çimərliklərdə problem yarada bilər.

Ekspertlər bildiriblər ki, dənizin suyunun bu qədər çəkilməsi ciddi ekoloji problemdir və sahilboyu obyektlərin fəaliyyətinə də təsirsiz ötüşməyəcək.

Bundan başqa, su geri çəkildiyi üçün bəzi ərazilərdə çimərliyə üz tutanlar daha da irəli getməli olacaqlar ki, bu da təhlükəli ola bilər.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, suyun səviyyəsinin azalması səbəbi ilə çimərliklərin dibinin relyefində dəyişikliklər baş verir. Bu səbəbdən vətəndaşlar yalnız icazəli ərazilərdə çimməlidirlər.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aidiyyəti zəruri təhlükəsizlik tədbirləri görülür.

Belə ki, bu məqsədlə aprel ayından etibarən rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarının iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər aparılır.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Top
0.04203200340271