kriminal.az
Kuril adalarında 5,1 maqnitudalı zəlzələ olub

Kuril adaları sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb

Kriminal.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semyonova bildirib.

Zəlzələnin episentri Severo-Kurilskdən 93 kilometr şərqdə, Paramuşir adasında Sakit okeanda yerləşib. Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib. Severo-Kurilskdə isə yeraltı təkanlar 3 bal gücündə hiss olunub. Adanın sahillərində sunami xəbərdarlığı verilməyib.

Həmidə İbrahimova

Top
0.063989162445068