kriminal.az
Le Penin partiyası Makronun koalisiyasını üstələyir

Marin Le Penin rəhbərlik etdiyi Fransanın ifrat sağçı Milli Birlik partiyası qarşıdan gələn Avropa Parlamenti seçkiləri ərəfəsində prezident Emmanuel Makronun İntibah koalisiyası üzərindəki üstünlüyünü artırır.

Bu barədə "La Tribune" və BMF TV-nin keçirdiyi sorğuya istinadən məlumat yayılıb.

Araşdırmanın nəticələrinə görə, respondentlərin 33%-i Milli Birliyi, 15,5%-i isə Makronun İntibah partiyasının daxil olduğu hakim koalisiyanı dəstəkləməyə hazır olduğunu bildirib.

Seçicilərin 13%-i Rafael Qluksmannın rəhbərlik etdiyi Sosialist partiyasına səs verməyə hazırdır. Daha 6% isə Yaşıllar partiyasına sadiqdir.

Mənbə: gazeta.ru

Top
0.13228893280029