Rusiyada məktəbli qızlar Vahid Dövlət İmtahanına daxil olmaq üçün alt paltarlarını çıxarıblar. Özü də bunu hamının gözü qarşısında etmək məcburiyyətində qalıblar.
Yerli sakinlərin etirazına səbəb olan hadisə Voronej şəhərində qeydə alınıb.
Nəzarətçilər bu tələbi metal detektorun alt paltarlarındakı metal hissələrə reaksiya verməsi ilə izah ediblər. Qızlardan paltarlarının metal hissələrini qoparmaları istənilib.
Valideynlərin sözlərinə görə, hətta breketli uşaqlar bir saatdan sonra binaya girə biliblər.
Artıq müşahidə kameralarından bir görüntü yayılıb. Kadrlarda məktəbli qızın imtahana girmək üçün alt paltarını kişi müfəttişə göstərmək məcburiyyətində qalması əks olunub.
Rusiyada qızları alt paltarlarını soyundurub imtahana buraxdılar: Valideynlər ayağa qalxdılar
Valideynlərin sözlərinə görə, digər qızlar məktəb binasının qarşısında soyunmalı olublar. Hadisə böyük səs-küyə səbəb olub, valideynlər ayağa qalxaraq Voronej vilayətinin yerli hökumətinə müraciət ediblər.
Ancaq hökumət orqanları heç bir etik norma pozuntusu aşkar etmədiklərini deyiblər. Onların sözlərinə görə videogörüntülərlə tanış olublar və imtahan yerinə girişin təlimatlara uyğun təşkil edildiyi, imtahanın düzgün aparıldığı qənaətinə gəliblər.
Mənbə: "BAZA" "Telegram" kanalı