kriminal.az
Peşəkar Futbol Liqası

"İrəvan" klubu AFFA-nın Lisenziya Komissiyasının tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm I Liqada iştirak üçün lisenziya əldə edə bilməyib.

Kriminal.Az xəbər verir ki, bunu nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər Liqası və I Liqanın 2023/2024 mövsümünün Əsasnaməsini rəhbər tutaraq "İrəvan"ı I Liqadan kənarlaşdırıb.

Nəticədə, cari mövsüm I Liqada sonuncu yeri tutan "Araz Saatlı" qarşıdakı mövsümdə I Liqada çıxış etmək üçün II Liqada ikinci olan "Cəbrayıl" komandası ilə pley-off matçlarında qarşılaşacaq.

Qeyd edək ki, "İrəvan" kollektivi 10 gün müddətində verilən qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edə bilər.

Top
0.062741041183472