Paytaxtın Xətai rayonu ərazisində gənc qızlar insanların həyatına təhlükə yaradacaq hərəkətlərə yol veriblər.
Bu barədə Kriminal.az -ın qaynar xəttinə görüntülər daxil olub.
Redaksiyamıza göndərilən videolarda qızların 9 mərtəbəli binanın damında siqaret çəkib içki içmələri öz əksini tapıb.
Onlar daha sonra içdikləri butulkanı binanın başından yerə atıblar. Həmin anda ərazidən azyaşlı uşaqların keçdiyi və bir neçə şəxsin əyləşdiyi görünür.
Xoşbəxtlikdən xəsarət alan olmasa da, onlar davranışları ilə həm özlərinin, həm də digər insanların həyatını təhlükəyə atıblar.
Görüntüləri yaxınlıqdakı binada yaşayan sakinlərdən biri lentə alıb.
Hadisənin Xətai rayonu, Aşıq Ələsgər küçəsində baş verdiyi bildirilir.
Videodakı şəxslərin yeniyetmə olduğu qeyd edilir.
Billurə Yunus