kriminal.az
İspaniyada baş nazirin həyat yoldaşına qarşı istintaq başlanıb

Madrid Əyalət Məhkəməsi korrupsiyada şübhəli bilinən Krallığın Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes haqqında istintaqın başlanmasını dəstəkləyib.

Qomezə qarşı iş "Təmiz Əllər" təşkilatından şikayət daxil olduqdan sonra açılıb və mediada dərc olunan məlumatlar əsasında tərtib edib.

Madrid prokurorluğu iddiadan apellyasiya şikayəti verib və işə xitam verilməsini istəyib. Lakin İspaniya məhkəməsi bu müraciəti rədd edib.

Bu arada, baş nazir ispanlara müraciətində bildirib ki, sağ və ifrat sağ koalisiya "yalan olduğu qədər qalmaqallı şikayətlər vasitəsilə siyasi rəqibi sıradan çıxarmaq" niyyətindədir.

Mənbə: RİA Novosti

Top
0.21229600906372