Niderlandda Şiphol hava limanında təyyarənin işlək mühərrikinə düşən kişi ölüb.
Məlumata görə, insidentin hansı şəraitdə baş verdiyi hələ də qeyri-müəyyən olaraq qalır.
Qeyd edilib ki, müxtəlif versiyaları, o cümlədən intiharı istisna etmək olmaz.
Göyərtəsində sərnişinlər və ekipaj üzvləri olan təyyarə Danimarkaya uçmalı idi.
Hadisədən sonra bütün ekipaj üzvləri və sərnişinlər təyyarəni tərk ediblər, ehtiyacı olanlara psixoloji dəstək göstərilib. Onların çoxu faciənin şahidi olub.
Mənbə: TASS