İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının Misirlə sərhədindəki 14 km-lik bufer zonası olan Filadelfiya dəhlizini əməliyyat nəzarətinə alıblar.
Məlumata görə, İsrail qoşunları sahilə yaxın kiçik ərazi istisna olmaqla, demək olar ki, bütün bufer zonasında fiziki olaraq mövcuddur.
İDF zonaya "videomüşahidə və atəş gücü vasitəsilə" nəzarət edir. Hərbçilər Qəzza zolağından Misirə keçən Filadelfiya dəhlizində 20-yə yaxın tunel aşkarlayıblar.
Bildirilir ki, Fələstin anklavına silah qaçaqmalçılığı üçün yeraltı keçidlərdən istifadə olunub.
Mənbə: TASS