kriminal.az

İsveç klubu "Qarabağ"ın təklifini qəbul etmədiyini bildirib.

İdman.biz-in xəbərinə görə,"Yurqorden" klubunun rəsmiləri "Qarabağ"ın 2-3 milyon İsveç kronu (250-300 min manat) transfer təklfinin qəbuledilməz olduğunu bildiriblər.

İsveç klubunun rəsmiləri əlavə olaraq Musa Qurbanlınn keçidi üçün 7 milyon kron və əlavə 3 milyon bonus ödədiklərini qeyd ediblər. Klubun idman direktoru Bosse Anderson bu şərtlərlə Qurbanlının transferinə yaşıl işıq yandırmayacaqlarını bildirib. O, yayda azərbaycanlı hücumçunun transfer şərti ilə icarə verilməsini nəzərdə tutduqlarını deyib.

Qeyd edək ki, ötən ilin yayında İsveç klubuna keçən Musa komandanın heyətində möhkəmlənə bilməyib. O, cari mövsümdə iki oyunda cəmi 32 dəqiqə meydanda olub.

Top
0.096040010452271