Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.
Kriminal.Az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi, F qrupunda yer alan yığma Belçika seçməsi ilə qarşılaşıb.
Görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Vüsal İsayev (2) və Samir Həmzəyev vurublar.
Azərbaycan millisi qrup mərhələsində növbəti oyunlarını iyunun 3-də İtaliyaya, bir gün sonra isə Fransaya qarşı keçirəcək.
Qeyd edək ki, bundan əvvəlki Avropa çempionatının qalibi məhz Azərbaycan millisi olub.
Anar Həsənov