kriminal.az
Xəstəliyinə görə atası tərk edən körpənin dəstəyə ehtiyacı var

İki yaşlı Ülkərin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Kriminal.Az-a onun anası Zamirə Tağıyeva məlumat verib.

O bildirib ki, övladı kəskin böyrək çatışmazlığından əziyyət çəkir.

"Ülkərin iki yaşı var, artıq bir ildir böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrənmişik. Həmin gündən də əlimizdən nə gəlir edirik. Həkimlər yaşının az, bədəninin gücsüz olduğu üçün böyrək köçürmə əməliyyatına dözə bilməyəcəyini deyir. İnanın bu əməliyyat üçün necə pul toplayacayıq onu bilmirik. Həkimlər Ülkərin müalicəyə ehtiyacı olduğunu deyiblər. Hazırda müalicə xərclərini qarşılamaq üçün 1 200 manata ehtiyacımız var".

Gənc ana övladı tək böyütdüyünü qeyd edib.

"Yoldaşım Ülkər 5 aylıq olarkən onun xəstəliyini bəhanə edərək bizi tərk etdi. Həmin gündən də qayıtmışam atamın evinə. Sağolsunlar bacardıqları qədər dəstək olurlar. Özüm də mağazaların birində satıcı işləyirəm. İki ildə heç kimdən dəstək istəməmişəm, amma son dövrlər tamamilə tükənmişəm. Yardımsevər şəxslərdən övladıma dəstək olmaqlarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 968-78-79
Kapital Bank: 4169 7388 4122 5661

Top
0.041930913925171