kriminal.az
Lənkəranda şəhid atası və həmkəndliləri ağır qəzaya düşdülər

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində olub.

Belə ki, rayonun Viravul kənd sakini 1961-ci il təvəllüdlü Əlövsət Ağamalı oğlu Məmmədovun idarə etdiyi VAZ-2106 markalı nəqliyyat vasitəsi idarəetmədən çıxıb yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəzada ağır xəsarət alan sürücü və sərnişin qismində olan həmkəndliləri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

1947-ci il təvəllüdlü Şakir Əliağa oğlu Həsənova həkimlər sağ baldırın aşağı 1/3 - nin sınığı, üst dodağın kəsilmiş yarası, döş qəfəsinin və hər iki baldırın küt travması diaqnozunu qoyublar. Vəziyyəti daha ağır olan 77 yaşlı Ş.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Sürücünün müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, qəzada xəsarət alan Şakir Əliağa oğlu Həsənov, Birinci Qarabağ müharibəsində şəhid olan Rüfət Həsənovun atasıdır.

Faktla bağlı araşdırma aparılır.

Top
0.044061899185181