kriminal.az
Bəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Kriminal.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 9-u saat 16:30-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Naxçıvan, Göygöl, Şahdağ, Daşkəsən, Naftalan, Yevlaxda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Qərb küləyi arabir Daşkəsəndə 25-30 metr/saniyəyədək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31-33, Naxçıvan MR-da 28-31, Aran rayonlarında 27-30, dağlıq rayonlarda isə 15-17 dərəcə isti olub.

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Kriminal.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 9-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunub.

Şimşək çaxıb, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi bölgələrdə arabir güclənib.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 36 millimetr, Goranboyda 30 millimetr, Bərdədə 24 millimetr, Yevlaxda 22 millimetr, Gədəbəydə 20 millimetr, Daşkəsəndə 18 millimetr, Naftalanda 16 millimetr, Qaxda 13 millimetr, Qəbələ, Gəncə, Göygöldə 12 millimetr, Lerikdə 10 millimetr, Zaqatalada 8 millimetr, Qusar, Şahdağ, Balakən, Ağstafa, Tovuzda 7 millimetr, Şəmkir, Ordubadda 6 millimetr, Göyçay, Qrız, Ağdam, Oğuz, Tərtər, Quba, Naxçıvan, Lənkəran, Astara, Zərdab, Mingəçevir, Altıağac, Şahbuz, Culfa, Şamaxı, Biləsuvar, Neftçala, Yardımlı, Xaltan, İsmayıllı, Qax, Ceyrançöldə 5 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.

Şahdağ, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda 24 dərəcəyədək isti olub.

Top
0.043483018875122