kriminal.az

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası direktor Nazim Hüseynov və onun müavini Aydın Hüseynovun tutduqları vəzifədən azad edilməsi ilə bağlı məlumata aydınlıq gətirib.

Kinostudiyanın İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin rəhbəri Ramil Ələkbərov "Qaynarinfo"ya bildirib ki, direktor, Əməkdar mədəniyyət işçisi Nazim Hüseynov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub:

"Direktordan əlavə olaraq kinostudiyanın rəhbər işçiləri də işdən çıxmaq haqqında ərizələrini təqdim ediblər. Direktor müavini, prodüser Emil Nəcəfov və aparat rəhbəri Aydın Hüseynovun istefa ərizələri təsdiqlənib. "Azərbaycanfilm"ə kimin rəhbər təyin olunacağı ilə bağlı isə dəqiq məlumat yoxdur".

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər.

"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.

Nazim Hüseynov məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.

Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.

Top
0.04292106628418