kriminal.az
Çips yediyi üçün zəhərlənərək öldüyü deyilən Turqutun babası DANIŞDI

Azyaşlı uşağın çipsdən zəhərlənərək öldüyü bildirilir.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Beş yaşlı Turqut ailənin sonbeşiyi olub. İyunun 8-i bacısı və qardaşı ilə birgə həyətdə oynadıqdan sonra evə gəlib. Hər üç uşaq çips yeyib. Bundan sonra Turqutun vəziyyəti ağırlaşıb.

"Xəzər Xəbər" hadisənin təfərrüatını öyrənmək məqsədilə Turqutun yaşadığı ünvana yollanıb.

Turqut Cavadzadənin babası Ağayar Qaçayev deyir ki, nəvəsinin səhhətində heç bir ciddi problem olmayıb.

Ağayar Qaçayevin iddiasına görə, nəvəsi həkimlərin səhlənkar yanaşması nəticəsində ölüb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Çips yediyi üçün zəhərlənərək öldüyü deyilən Turqutun babası DANIŞDI

Çips yediyi üçün zəhərlənərək öldüyü deyilən Turqutun babası DANIŞDI

Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Turqut Cavadzadənin vəfat etməsi ilə bağlı müvafiq araşdırmalar aparılır.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı birgə məlumatda qeyd edilib.

Bildirilib ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə 08.06.2024-cü il tarixində baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub.

09.06.2024-cü il tarixində saat 01:25-də Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, 09.06.2024-cü il tarixində saat 03:40-da T.Cavadzadə vəfat edib.

Ailənin bildirdiyinə görə, ailənin 3 uşağı çips məhsulu qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb.

Azərbaycanda azyaşlının çipsdən zəhərlənərək ölməsi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) açıqlama verilib.

Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, hadisə Qobustanda baş verib.

Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.

Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb.

Kriminal.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, hadisə Qobustanda baş verib.

Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sorğu ünvanladıq.

AQTA-dan Kriminal.Az-ın sorğusuna cavab olaraq araşdırma başladıldığı bildirilib:

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

Nəzrin Vahid

Top
0.047571897506714