kriminal.az
Doqquz aylıq Zeynəbin müalicəsi yarım qalıb: Dərmanları ala bilmirlər

Doqquz aylıq Zeynəbin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Kriminal.Az-a onun anası Aydan Ağayeva məlumat verib.

O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir:

"Zeynəb ötən ilin sentyabr ayında dünyaya gəlib. Hamiləliyim zamanı imkan olmadığı üçün bütün həkim müayinələrindən keçə bilməmişdim. Zeynəb doğulandan sonra isə onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Yaşı az olduğu üçün müalicəsi də çox çətindir".

Gənc ana ötən ay yardımsevər şəxslərin dəstəyi ilə Türkiyəyə yollandıqlarını deyib:

"Ötən ay sizin saytın izləyicilərinin və qohumlarımızın dəstəyi ilə Türkiyəyə gedib, orda müayinələrdən keçdik. Hazırda ölkəmizə qayıtmışıq. Həkimin yazdığı müalicəni 3 ay davam etdirib, yenidən müayinəyə yollanmalıyıq. Pulumuz qalmadığı üçün məcbur müalicəni 1 həftəlik alıb, etdik. İndi müalicə yarım qalıb. Zeynəbin 1 aylıq müalicələrini qarşılamaq üçün bizim 900 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (050) 649-47-91.

Kapital Bank: 4169 7388 3857 2372.

Top
0.043174028396606