kriminal.az
Bina və evlərin qarşısına qoyulan dəmir konstruksiyalarla  bağlı XƏBƏRDARLIQ

Bakıda və ətraf rayonlarda binalar və fərdi evlərin qarşısına dəmir konstruksiyaların yerləşdirilməsinin şahidi oluruq.

Baku.ws-in məlumatına görə, bu, həmin yerlərdə digər şəxslərin avtomobil saxlamasının qarşısını almaq məqsədi daşıyır.

Lakin dəmir konstruksiyanın quraşdırılması heç də ətrafdakı insanlar tərəfindən müsbət qarşılanmır, vətəndaşlar arasında narazılıqlar yaranır.

Bəs dəmir konstruksiyaların yerləşdirilməsi qanunla necə tənzimlənir? Bunun etməklə vətəndaşlar qanunu pozurlarmı?

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, qeyd edilən məsələ "Yol hərəkəti haqqında" Qanunun 11-ci maddəsi ilə tənzimlənir:

"Yəni yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılması yolverilməzdir.

Qanunvericiliklə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən, fiziki şəxslərin 80 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslərin 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslərin isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə olunması nəzərdə tutulub".

Bina və evlərin qarşısına qoyulan dəmir konstruksiyalarla bağlı XƏBƏRDARLIQ

Bina və evlərin qarşısına qoyulan dəmir konstruksiyalarla bağlı XƏBƏRDARLIQ

Top
0.045315027236938