kriminal.az
Azərbaycanda məktəb direktoru qəfil vəfat etdi

Qubadlı rayon İşıqlı kənd tam orta məktəbinin direktoru vəfat edib.

Kriminal.Az xəbər verir ki, bununla bağlı onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

Bildirilib ki, məktəbin direktoru Avtandil Abuş oğlu Novruzov qəfil dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, 1965-ci il təvəllüdlü direktorun ciddi xəstəliyi olmayıb. A.Novruzov axşam saatlarında qəfil vəfat edib.

Qeyd edək ki, əslən Qubadlı rayonundan olan A.Novruzov eyni zamanda Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri olub.

Top
0.041795969009399