Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunub.
Kriminal.Az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti məlumat yayıb.
Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə bu vəzifəyə İmran Ağayev təyinat alıb.
Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına (TCK) yeni direktor və baş həkim təyinatı olub.
Kriminal.Az xəbər verir ki, bu barədə ATU məlumat yayıb.
Bildirilib ki, səhiyyə nazirinin əmrinə əsasən, klinikanın direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov təyin edilib.
Yeni direktoru ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.