Daxili İşlər Nazirliyi (DİN) Masallı rayonunun Xallıca kəndində gənc qızın zorla ərə verilməsi məsələsi ilə bağlı hərəkətə keçib.
DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Kriminal.Az-a bildirilib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.
Masallıda 17 yaşlı qız toy günü evdən qaçıb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Xəzər" TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib.
Bildirilib ki, Masallı rayonunun Xallıca kəndində gənc qız məcbur ərə veriləcəyi üçün evdən qaçıb.
17 yaşlı Leyli valideynlərinin onu 33 yaşlı kişiyə ərə vermək istədiklərini deyib.
Masallıda 17 yaşlı qız toy günü evdən qaçdı, DİN hərəkətə keçdi
Masallıda 17 yaşlı qız toy günü evdən qaçdı, DİN hərəkətə keçdi