kriminal.az
Ağdaş, Zaqatala və Qaxda səkkiz ton çətənə kolu məhv edilib

Polis əməkdaşlarının keçirdikləri "Xaşxaş-2024" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ağdaş və Zaqatala rayonlarında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Kriminal.Az xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, ümumi çəkisi 5 ton olan 11 870 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayonun Zəyəm kəndində yabanı halda bitən, çəkisi 3 tona yaxın olan 6558 ədəd narkotik tərkibli bitki yandırılaraq məhv edilib.

Top
0.05756402015686