Gecə saatlarından başlayaraq sabah gün ərzində Bakının iki rayonunda su kəsiləcək.
Kriminal.Az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.
Məlumata görə, yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar iyunun 18-də gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.