kriminal.az
Moskvada azərbaycanəsilli iş adamlarının obyekti barədə iddialara CAVAB:

Moskvada azərbaycanəsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevə məxsus "Yevropeyski" Ticarət və Əyləncə Mərkəzinə bomba qoyulması ilə bağlı məlumat təkzib olunub.

Kriminal.Az-ın əldə etdiyi məlumata görə, bomba qoyulması barədə zəngin daxil olması və mərkəzdən insanların təxliyə edilməsi xəbəri tamamilə yalandır.

Mənbə qeyd edib ki, "Crocus City Hall"da baş verən sonra Rusiya paytaxtındakı iri ticarət mərkəzləri barədə bu cür iddialar yaymaq dəb halını alıb.

Moskvada azərbaycanəsilli iş adamlarına məxsus "Yevropeyski" Ticarət və Əyləncə Mərkəzinə bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Məlumata görə, paytaxtın mərkəzində, "Kiyev" vağzalının yaxınlığında yerləşən ticarət və əyləncə mərkəzi bomba qoyulması təhlükəsi ilə təxliyə edilib.

Mütəxəssislər partlayıcı maddələrin olub-olmadığını müəyyən etmək üçün binaya tam baxış keçirirlər.

Qeyd edək ki, "Yevropeyski" TƏM azərbaycanəsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevə məxsusdur.

Mənbə: Riamo.ru

Top
0.055264949798584