kriminal.az
Emin Mahmudov azarkeşlərdən ÜZR İSTƏDİ

"Bizdən nəticə gözləyən azarkeşlərimizdən üzr istəyirəm. Ümumiyyətlə, öz adıma deyirəm ki, heç nə alınmadı. Nə topu özümüzdə saxlaya bildik, nə topu ala bildik".

Kriminal.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisini üzvü Emin Mahmudov ötə gecə DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya uduzduqları (0:5) görüş haqda danışarkən deyib.

O, baş məşqçi Fernandu Santuşun "Bu məğlubiyyətə görə hamı günahkardır" fikrinə münasibət bildirib:

"Əlbəttə ki, hamımız günahkarıq. Futbolu meydanda biz oynayırıq. Mən heç kimi riskə atmaq istəmirəm. Bir futbolçu olaraq mən ən yaxşı oyunumu göstərmədim ki, deyim əlimizdən gələni etdik".

Yarımmüdafiəçi bütün futbolçuların bu məğlubiyyətə görə utandığını söyəyib:

"Təbii ki, utanırlar. Elə bilməyin ki, biz uduzduqsa, rahat rahat gedrik. Hamı utanır, bilir ki, nəticə pisdir. Yaxşı nəticə qazanmağı biz də istəyirdik. İndiki halda deyiləcək bir şey yoxdur".

E.Mahmudov F.Santuşun istefaya göndərilmək ehtimalı haqda da danışıb:

"Zaman hər şeyi göstərəcək. Bilmirəm, nə olacaq".

O, Ukraynaya qarşı 2 gün sonra keçirəcəkləri görüşdən də söz açıb:

"Belə oyundan sonra növbəti matça çıxmaq çox çətindir. Mütləq bundan yaxşı oynamalıyıq. Başqa yolumuz yoxdur".

Top
0.061876058578491