kriminal.az
Gel manikürlərə qadağa bahalaşma yaratdı

Avropada gel manikür zamanı istifadə olunan TPO (trimetilbenzoil difenilfosfin oksid) qadağasının sentyabrın 1-dən qüvvəyə minməsindən sonra dırnağa gel manikürlərinin qiyməti qalxıb.

Kriminal.az ” xəbər verir ki, qadağa hələ Böyük Britaniya və ABŞ-yə şamil olunmasa da, ekspertlər yaxın gələcəkdə orada da oxşar tədbirlərin görülə biləcəyini proqnozlaşdırırlar.

Belə ki, Avropa Komissiyası həmin maddəni reproduktiv sağlamlıq üçün potensial təhlükə, eləcə də mümkün kanserogen kimi tanıyıb.
Mütəxəssislərin fikrincə, TPO bütün gel laklarında yoxdur, lakin örtüyün polimerləşmə prosesini sürətləndirən və dırnaqlara xarakterik parıltı verən məhz həmin maddədir. Gözəllik salonları artıq köhnə ehtiyatları utilizasiya etməli, yeni formullara keçməli və alternativlərlə işləmək üçün peşəkarları öyrətməli olacaqlar. Bütün bunlar prosedurların bahalaşmasına səbəb olacaq.

Artıq Avropa ölkələrində gözəllik salonlarında çalışanlar TPO-suz məhsulları sınaqdan keçirirlər və yeni qiymət siyahıları hazırlanır. Ehtimal olunur ki, bundan sonra qiymətlər artacaq.

Bəzi ekspertlər isə qeyd edirlər ki, qadağa kimyəvi komponentlər və UV lampaları əvəzinə minerallar və yağlardan istifadə edən yapon manikürü kimi təbii prosedurların populyarlığını artıra bilər.(qafqazinfo)

Top
0.066541910171509