"Çexiyanın şərqindəki Libau şəhərində hərbi poliqonda döyüş sursatının partlaması nəticəsində bir hərbçi həlak olub, yeddi əsgər və bir mülki şəxs yaralanıb".
Bu məlumatı Çexiya ordusunun Mətbuat Xidməti yayıb.
Qeyd olunub ki, yaralılar Olomoutsdakı hərbi hospitala yerləşdiriliblər.
Libau hərbi poliqonu Olomouts şəhəri yaxınlığında yerləşir və 1949-cu ildən ölkə ordusu tərəfindən istifadə olunur. Sahəsi 235,5 kv.km-dir.
Çexiyanın şərqindəki Libau hərbi poliqonunda döyüş sursatının partlaması baş verib.
Məlumata görə, Çexiya ordusunun Mətbuat Xidməti hadisə yerində yaralıların olduğunu bildirib.
"Libava təlim bölgəsində hələ ki naməlum sursat partlayıb. Hazırda biz bununla məşğuluq. Təəssüf ki, hadisə yerində yaralılar var", - idarənin açıqlamasında bildirilir.
Qeyd olunur ki, hazırda insident hərbi polis tərəfindən araşdırılır. Hadisə yerinə xilasedici helikopter göndərilib.
Mənbə: Kp.ru