kriminal.az
Fermada çobanın azyaşlı oğluna təcavüz edildi - DETALLAR

Ağcabədi rayonunda 2007-ci il təvəllüdlü İsa bacısının ögey oğlu Turana (adlar şərti göstərilib - red.) təcavüz edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İsa 2022-ci ilin martında, istintaqla müəyyən edilməmiş vaxtda öz cinsi ehtirasını təmin etmək niyyəti ilə qohumu 2013-cü il təvəllüdlü Turana zor tətbiq etməklə hədələyib.

O, Turanın köməksiz vəziyyətindən istifadə edərək onu Ağcabədi rayonunda yerləşən fermanın həyətində olan tikiliyə aparıb. Orada azyaşlı oğlanla uşaqbazlıq edərək, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Bundan başqa, İsa həmin ilin mart ayında müəyyən edilməmiş vaxtda Turanı fermanın həyətində yerləşən tualetə aparıb.

Orada azyaşlıya pozğun hərəkətlər etməyə məcbur edib. Daha sonra İsa 2022-ci ilin aprel ayında müəyyən edilməmiş vaxtda öz cinsi ehtirasını təmin etmək niyyəti ilə yaşadığı Astara rayonunun kəndində yerləşən evində onlarda qonaq qalmış qohumu Turan ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Bundan sonra İsa azyaşlı qohumuna Astara rayonunun kəndində yerləşən evində yenidən iyrənc hərəkətlər edib.

Onun bu sonuncu iyrənc hərəkəti də 2022-ci ilin aprel ayında baş verib. Bu iyrənc hərəkəti törədən İsanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, doğma bacısı Elnarə Astara rayon sakini Nərimanla evlənib və bundan sonra onlar işləmək üçün Ağcabədi rayonuna köçərək orada fermada yaşayıblar:

"Eyni fermada Nərimanın birinci arvadı Səlimə də yaşayıb. 2022-ci ilin martın ortalarında özüm, atam və anam bacımgilin yaşadığı Ağcabədi rayonunun kəndində yerləşən fermaya qonaq getdik. Bacım Elnarə, Nəriman, Nərimanın birinci arvadı Səlimə, atam və anam bazara getdilər. Özüm isə evdə Turanla tək qaldım. Turan mənə öz bibisi oğlu ilə cinsi əlaqədə olduğunu, mənimlə də cinsi əlaqədə olmaq istədiyini bildirdi. Turanla razılaşdım. Turan mənimlə, mən də Turanla qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olduq".

Təqsirləndirilən şəxs qeyd edib ki, Turanla bir dəfə Ağcabədi rayonunda cinsi əlaqədə olub, başqa vaxt olmayıb:

"Turandan başqa şəxslə cinsi əlaqədə olmamışam. Cinsi əlaqədə olmaq üçün Turana hədə-qorxu gəlməmişəm. Həmin vaxt məndə bıçaq olmayıb. Turanın öz istəyi ilə onunla cinsi əlaqədə olmuşam. Başqa vaxtlarda Turanla cinsi əlaqədə olmamışam". İş üzrə zərərçəkmiş Turanın sözlərinə görə, İsa atası Nərimanın ikinci arvadı Elnarənin doğma qardaşıdır:

"Biz fermada işləyirdik, birlikdə fermada qalırdıq. İsanı ilk dəfə 2022-ci ilin martında onun ailəsi ilə birlikdə fermaya qonaq gələrkən görmüşəm. Əvvəllər onu tanımamışam. İsa 2-3 gün bizdə qalarkən atamgil bazara getdilər. Biz evdə tək qaldıq. İsa mənə yaxınlaşaraq şalvarımı çıxardı. Onun nə etdiyini başa düşmədim. Sonra İsa mənə pis şey etdi. Sonra bu barədə kiməsə nəsə desəm, məni öldürəcəyi ilə hədələdi. Qorxumdan bu barədə heç kimə heç nə demədim".

Zərərçəkmiş qeyd edib ki, səhəri gün İsa təkrarən fermanın ayaqyolunda ona qarşı iyrənc hərəkət edib:

"Qorxumdan bu barədə heç kimə heç nə demədim. 2022-ci ilin aprel ayında İsa, onun anası və bacısı ilə birlikdə onların yaşadığı Astara rayonunun kəndinə getdik. Gecə vaxtı evdə hamı yatdıqdan sonra İsa əli ilə ağzımı tutaraq uzanıqlı vəziyyətdə mənə pis hərəkətlər etdi. Sonra dedi ki, bu barədə kiməsə desəm məni öldürəcək. Qorxumdan bu barədə heç kimə heç nə demədim. Səhəri günü həyətdə oynayarkən İsa həyətdə heç kimin olmadığını gördü və kənarda mənimlə arxadan "pis şey" etdi. Həmin günü anam Səlimə ilə telefonda danışarkən İsanın mənimlə cinsi əlaqədə olduğunu dedim. Sonra polislər gələrək bizi apardılar".

Zərərçəkmiş deyib ki, Ağcabədidə olarkən fermanın ayaqyolusunda da İsa zorla onunla cinsi əlaqədə olub. Bildirib ki, İsa onunla Astarada iki dəfə, Ağcabədidə iki dəfə olmaqla ümumilikdə dörd dəfə zorla cinsi əlaqədə olub, ona qarşı digər seksual xarakterli hərəkətlər edib. Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İsa 9 il azadlıqdan məhrum edilib.

Top
0.042515993118286