Boliviya ordusunun bölmələri paytaxtdakı Hökumət Sarayına zorla daxil olub.
Ölkənin keçmiş prezidenti Evo Morales keçmiş ordu komandiri Xuan Xose Suniqunu dövlət çevrilişinə cəhddə ittiham edib.
00:04
"Hərbçilər Boliviyanın de-fakto paytaxtı La Pazda hökumət binasının qarşısındakı meydanı zəbt ediblər.
Ölkə Prezidenti Luis Arse Silahlı Qüvvələri demokratiyaya hörmət etməyə çağırıb.
"Biz Boliviya ordusunun bəzi hissələrinin qəribə hərəkətləri barədə məlumat veririk. Demokratiyaya hörmət edilməlidir", - o, "X" sosial şəbəkəsində yazıb.
Mənbə: TASS