kriminal.az
Metronun

Metronun "28 May" stansiyasının qarşısındakı Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılıb.

Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, bu gündən əraziyə texnikalar cəlb olunub:

"Bu həftədən sözügedən ərazi hasara alınıb. İşlərin oktyabr ayının sonuna kimi yekunlaşacağı planlaşdırılır".

Aytac Qasımova

Top
0.059664011001587