"Qalatasaray" və "Beşiktaş" arasında Türkiyə Superkubokunun final matçının keçiriləcəyi tarix və məkan bəlli olub.
Oxu.az "Haber Galobal"a istinadən xəbər verir ki, qarşılaşma avqust ayının 3-ü, İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda baş tutacaq.
Matçın start fiti Bakı vaxtı ilə 21:45-də səslənəcək.
Qeyd edək ki, ötən mövsüm "Qalatasaray" Türkiyə Superliqasının qalibi, "Beşiktaş" isə ölkə kubokunun sahibi olub.