kriminal.az
Çində körpünün uçması nəticəsində ölənlərin sayı artdı

İyulun 19-da Çinin şimal-qərbindəki Şensi əyalətində körpünün uçması nəticəsində azı 38 nəfər ölüb, 24 nəfər itkin düşüb.

Kriminal.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, fövqəladə hadisə sel nəticəsində Şanlo şəhərində magistral yolda baş verib. İlkin hesablamalara görə, 25 avtomobil çaya düşüb.

İki həftədir davam edən axtarış-xilasetmə əməliyyatını həyata keçirmək üçün səlahiyyətlilər 3.4 mindən çox insanı səfərbər edib. Dronlar, sualtı robotlar və digər peşəkar avadanlıqlardan istifadə olunub.

Top
0.048265933990479