kriminal.az
Qazaxıstanda güclü zəlzələ baş verib

Qazaxıstanın seysmik stansiyalar şəbəkəsi avqustun 2-də saat 23:15-də (Bakı vaxtı ilə 22:15) Şərqi Qazaxıstan vilayətində 5.8 bal gücündə zəlzələ qeydə alıb.

Kriminal.Az "Sputnik Kazaxtan"a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, zəlzələnin episentri Almatıdan 859 kilometr şimal-şərqdə Qazaxıstan ərazisində (Şərqi Qazaxıstan vilayəti) yerləşib.

Yeraltı təkanlar Ust-Kamenoqorskda iki-üç bal gücündə hiss olunub.

Top
0.10868787765503