kriminal.az
İsrailli hakerlər:

İsrail mediası İranda WiFi xəttinin kəsilməsinə görə məsuliyyəti "We Red Evils Original" adlı israilli haker qrupu öz üzərinə götürdüyünü bildirib.

Kriminal.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, haker qrupu öz "Telegram" kanalında bu barədə xəbərdarlıq edərək yazıb: "Biz yaxın müddətdə İrandakı sistemlərə və internet provayderlərinə hücum edəcəyik. Ağır bir zərbə gəlir".

Qeyd olunub ki, haker qrupunun xəbərdarlığı İranda bir çox sosial media istifadəçisinin diqqətini cəlb edib.

Top
0.040420055389404