kriminal.az
Olimpiya Oyunlarının açılış mərasiminin qalmaqallı art direktoru təqib olunur

Paris prokurorluğu 2024-cü il Olimpiya Oyunlarının açılış mərasiminin art direktoru Tom Colinin internetdə təqib edilməsi ilə bağlı işi araşdırır.

Bu barədə Kriminal.Az BFMTV-yə istinadən məlumat verir.

Coli iyulun 30-da sosial şəbəkələrdə təhdidlər aldığını bildirərək şikayət edib. Art direktor təqibin səbəbi kimi cinsi oriyentasiyasını və onun İsrail mənşəli olması ilə bağlı yanlış fərziyyəni göstərib.

2024-cü il Olimpiya Oyunlarının açılış mərasimi Parisdə iyulun 26-da keçirilib. Dünyanın hər yerindən internet istifadəçiləri Leonardo da Vinçi dövrünün rəssamının "Sonuncu şam yeməyi" əsərinin parodiyasından və şouda qadın paltarı geyinmiş kişilərin iştirakından qəzəbləniblər.

Top
0.1594181060791