kriminal.az
Dünyanın ən məşhur qazlı içkilərinin istehsalçısı tarixində ən böyük cərimə ilə üzləşdi

ABŞ məhkəməsi dünyanın ən məşhur qazlı içkilərinin əksəriyyətini istehsal edən "Coca-Cola" şirkətini qanunu pozduğuna görə rekord məbləğdə cərimələyib.

Kriminal.Az kp.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu da "Coca-Cola"nın tarixində ən böyük cərimə ola bilər. Korporasiyanın ABŞ-də 10 ildən artıqdır ki, vergi ödəmədiyi bildirilir.

"Bu gün ABŞ-nin Vergi Məhkəməsi "Coca-Cola Company" ilə ABŞ-nin Daxili Gəlir Xidməti arasında davam edən vergi işi ilə bağlı qərar çıxarıb. Qərarda təqribən 2.7 milyard dollarlıq (4.59 milyard manat) öhdəlik var. Tətbiq olunan faizlər də daxil olmaqla, ümumi məbləğin təxminən 6 milyard dollar (10.2 milyard manat) olacağı gözlənilir", - deyə şirkətin açıqlamasında bildirilir.

Məlumata görə, "Coca-Cola"nın gəlirlərinin böyük hissəsini xarici filiallarına köçürdüyünü görən ABŞ hakimiyyəti sistematik olaraq şirkəti vergidən yayınmaqda ittiham edib. Lakin korporasiyanın özündə hesab edirlər ki, ABŞ Daxili Gəlir Xidməti ticarət nəhəngi ilə bağlı öz qanunvericiliyini səhv şərh edib.

Top
0.12133693695068