kriminal.az
Türkiyədə 19 yaşlı gəncin öldürüldüyü dəhşətli qətlin ANBAAN GÖRÜNTÜLƏRİ

Türkiyənin Qaziantep şəhərində 19 yaşlı gəncin ov tüfəngi ilə öldürüldüyü dəhşətli hadisənin görüntüləri ortaya çıxıb.

Bu barədə Kriminal.Az İHA-ya istinadən bildirir.

2024-cü il iyulun 25-də baş verən hadisə zamanı, iddiaya görə, 18 yaşlı İlhan Eren Hanzadə ilə qızının sevgili olduğunu öyrənən Mehmet S. oğlanın iş yerinə gəlib və ailəsinə xəbər verməsini istəyib. Söhbət etmək üçün qızın atasının dükanına gedən ata İlhan Hanzadə, oğlanın qardaşı 19 yaşlı Süleyman Şahin Hanzadə və İlhan Eren Hanzadə qızın qardaşları Mustafa S., Bilal S. və atası Mehmet S. tərəfindən silahlı hücuma məruz qalıblar.

Hücum zamanı Süleyman Şahin Hanzadə yaralanaraq yerə yıxılıb və qətlində şübhəli bilinən şəxs yaxın məsafədən ov tüfəngi ilə ona dəfələrlə atəş açıb. Nəticədə gənc həyatını itirib, atası və 18 yaşındakı qardaşı yaralanıblar.

Hadisə mobil telefonla anbaan qeydə alınıb.

Hadisədən sonra qaçan şübhəlilərin ələ keçirilməsi üçün işlərə başlanılıb, hücuma məruz qalan ailə isə şübhəlilərin tezliklə tutulmasını istəyir.

Hadisə yerinə danışmaq üçün getdiklərini, oğlunun isə baş verənlərdən xəbərsiz olaraq öldürüldüyünü bildirən ata İlhan Hanzadə cinayətkarlarla heç bir problemlərinin olmadığını, ölən oğlunun qardaşını qorumaq üçün getdiyini deyib.

"Oğlumun dükanına gələrək təkcə onu deyil, bizi də öldürmək üçün plan qurublar. Hadisənin səbəbkarlarının harada olduğu bəlli deyil, ədalət istəyirik", - deyə ata bildirib.

Ölən gəncin anası Nergis Hanzadə oğulları İlhan Erenin bu qədər təhdid edildiyini bilmədiklərini deyib.

"Bacısı İlhan Erenin sevgilisi idi. Hər kəsin sevgilisi var. İlhan Erenin atası da danışmağa getmişdi. Oğlumuz İlhan Erenin bu qədər təhdid edildiyini bilmirdik. Hazırlıqlı gəlmişdilər. Qızın anası neçə dəfə qan töküləcək deyib. Vəziyyətdən xəbərimiz yox idi və nəticə belə oldu. Qız bir neçə dəfə qapımıza gəlmişdi. "Ailən asan deyil, bu namusdur, gəlmə", - dedim. "Ailəm mənə heç nə demir", - dedi. "Belə bir vəziyyətin olduğunu bilsəydim, hadisə baş verən gün oğlumu heç vaxt ora göndərməzdim. Bir can bu qədər ucuz olmamalıdır", - deyə qadın kədərini ifadə edib.

Hücumdan yaralanaraq sağ çıxan 18 yaşlı İlhan Eren Hanzadə isə onu hədələdiklərini daha əvvəl ailəsinə demədiyini bildirib.

"Bir il davam edən münasibətim oldu. Bu müddət ərzində mağazama basqın edildi. Məni hədələdilər, amma bu gün-sabah üz-üzə gələrik deyə ailəmə demədim. Hər dəfə bu qızdan ayrılmaq istəyəndə özünə zərər verirdi. Mən də vicdanım qəbul etmədiyi üçün ondan ayrılmırdım. Mənə ailəsinin bu düşüncədə olduğunu demədi. Mağazalarının içində silah və sursatların olduğunu söyləmədi. Həmişə gizli əlaqə saxladıq. Məsafəli bir münasibətimiz var idi. Ailəsi öyrəndiyi zaman qızı döyüb xəstəxanaya atdılar. Onunla əlaqə saxlaya bilmirdim. Digər tərəfdən, məni və ailəmi təhdid edirdilər. Xəstəxanadan çıxdıqdan sonra qız nənəsigildə qalırdı. Anası dükanıma gəlib məni təhdid etdiyi zaman ailəmə xəbər verdim. Qardaşımla hadisə yerinə gedəndə bizi danışmağa çağıran şəxs belindəki silahı çıxararaq 3 dəfə atəş açdı. Oradakı silahlarla və analarının gətirdiyi silahlarla məni, atamı və qardaşımı vurdular. Sonra maşına minərək uzaqlaşdılar. Hadisənin qardaşımla heç bir əlaqəsi yox idi. O, sadəcə məni qorumaq üçün, mənim yanımda olmaq üçün orada idi", - deyə İlhan Eren Hanzadə qeyd edib.

Türkiyədə 19 yaşlı gəncin öldürüldüyü dəhşətli qətlin ANBAAN GÖRÜNTÜLƏRİ

Türkiyədə 19 yaşlı gəncin öldürüldüyü dəhşətli qətlin ANBAAN GÖRÜNTÜLƏRİ

Top
0.050266027450562