Böyük Britaniyada miqrant axınına qarşı etirazlar zamanı baş verən iğtişaşlar zamanı 100-dən çox insan həbs edilib.
Kriminal.Az xəbər verir ki, bu barəd "The Guardian" məlumat yayıb.
Qeyd olunub ki, etirazlar bir gün əvvəl Bristol, Lids, Sanderland və Blekpul, həmçinin Stok-on-Trent, Mançester və Hallda keçirilib. Ancaq telekanalın məlumatına görə, ən şiddətli toqquşmalar Liverpulda baş verib, burada iki polis əməkdaşı çənə və burun sınığı ilə xəstəxanaya aparılıb.
Liverpulun yerləşdiyi Mersisayd qraflığının polisi, etirazçıların polislərə hücum etdiyini və kərpic və şüşə də daxil olmaqla müxtəlif əşyalar atdıqlarını, polis qalxanlarını yıxmağa çalışdıqlarını bildirib.
Xatırladaq ki, etirazlar iyulun 29-da 17 yaşlı yeniyetmə Aksel Rudakubanın uşaq rəqs seminarı zamanı bıçaqla hücum etdiyi İngiltərənin Sautport şəhərindəki qanlı hadisə fonunda baş verir. İnsanlar qanunsuz mühacirlərin axınına qarşı çıxırlar, çünki bəzi məlumatlara görə cinayətkar miqrant idi.