ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi İraqın Eyn əl-Əsəd hava bazasına edilən hücum nəticəsində bir neçə amerikalı hərbçinin yaralandığını təsdiqləyib.
Kriminal.Az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Pentaqon rəsmisi bildirib.
O əlavə edib ki, ABŞ Müdafiə Nazirliyi hadisə ilə bağlı yeni informasiya daxil olduqca daha ətraflı məlumat verəcək.