Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarını İsrail və Livandan təxliyə etməyə hazır olduğunu bəyan edib.
Bu barədə Kriminal.Az "Tvpworld.com" nəşrinə istinadən xəbər verir.
Nazirlik, həmçinin Polşa vətəndaşlarından hər iki ölkəyə istənilən səfərdən çəkinməyi tövsiyə edib.
Bu addımın Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar olduğu bildirilib.
"Konsulluq xidmətləri həm İsraildə, həm də Livanda Polşa vətəndaşları ilə daimi təmasdadır. Əgər kimsə müharibə təhlükəsi olan ərazilərdən təxliyə olunmaq istəsə, biz onların xahişi ilə bunu etməyə hazırıq", - deyə Polşa xarici işlər nazirinin müavini Andjey Şeyna qeyd edib.
Bununla belə, o əlavə edib ki, çoxlu sayda məlumatlı insan bunu zəruri hesab etməyib.