Rusiya Prezidenti Vladimir Putin İranın ali dini lideri Ayətullah Əli Xameneidən HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə təmkinlə cavab verməsini istəyib.
Kriminal.Az xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən yazır.
Putin İsrail vətəndaşlarına hücumdan yayınmağı tövsiyə edib. Dövlət başçısının mesajını İran tərəfinə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu çatdırıb.
Xatırladaq ki, Haniyə iyulun 31-də Tehrandakı iqamətgahına edilən hücum nəticəsində öldürülüb. İran onun ölümünün qisasını uyğun vaxtda və yerdə alacağına söz verib.