Təxminən 150 il əvvəl Oland (İsveç) sahillərində batmış şampan yüklü (təxminən 100 şüşə) gəmi tarixi abidə elan edilib və hazırda dövlət mühafizəsi altındadır.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, Blekinqe vilayətinin regional administrasiyası belə qərara gəlib.
Qanuna görə, 1850-ci ilə qədər batmış gəmilər avtomatik olaraq tarixi abidə statusu alır. Bununla belə, bəzi hallarda sonrakı illərdə batmış gəmilərin qalıqları da toxunulmaz hesab edilə bilər.
İlkin hesablamalara görə, şampan dolu gəmi keçən əsrin 50-60-cı illərində suya qərq olub.