kriminal.az
Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı

Türkiyə hakimiyyəti onlayn oyun platforması "Roblox"a girişi bağlayıb.

Kriminal.Az "Haber Global"a istinadən xəbər verir ki, platformaya giriş Adana şəhər cinayət məhkəməsinin qərarı ilə bağlanıb.

Qeyd edək ki, avqustun 2-də Türkiyədə daha bir populyar onlayn resurs - "Instagram" sosial şəbəkəsinə giriş bağlanıb. Qərarın "Instagram"ın sosial şəbəkələrdən istifadə ilə bağlı yerli qanunvericiliyin tələblərini pozması səbəbindən verildiyi bildirilib.

Top
0.043014049530029