kriminal.az
Milyonçular İsveçrəni tərk edə bilərlər

İsveçrədə zənginlər üçün miras vergisinin tətbiqi təklifi ətrafında qızğın müzakirələr başlayıb.

Kriminal.Az "Boolmberg"ə istinadən xəbər verir ki, Sosial Demokratların gənclər qanadının təşəbbüsü 50 milyon frankdan (59 milyon dollar) çox olan mirasa 50% vergini nəzərdə tutur.

Bu, qanun imkanlı sahibkarlar arasında kəskin reaksiyaya səbəb olub. Onlar sənədin qəbul olunacağı təqdirdə ölkəni tərk edəcəklərini bildiriblər.

Təklif təxminən iki ildən sonra İsveçrənin birbaşa demokratiya sisteminə uyğun olaraq ümumxalq səsverməsinə çıxarılacaq.

Vergi tərəfdarları iddia edirlər ki, ən varlılar iqlim böhranının nəticələri üçün daha çox pul ödəməlidirlər. İsveçrə hökuməti hələlik bu tədbirə qarşıdır.

Top
0.04973292350769