Rusiyanın Lipetsk vilayəti Ukrayna tərəfindən kütləvi dron hücumuna məruz qalıb.
Kriminal.Az xəbər verir ki, Lipetsk vilayətinin qubernatoru İqor Artamonovun bildirdiyinə görə, hücum nəticəsində enerji infrastrukturu ciddi zədələnib.
PUA hücumu nəticəsində müxtəlif ərazilərdə partlayışlar baş verib, hərbi aerodromda yanğın olub.
Bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi bildirilir.