İranın yeni Prezidenti Məsud Pezeşkianın hökumətdə bir sıra çətinliklərə görə nazirləri seçə bilmir.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bunu İranda 14-cü hökumətin Koordinasiya Şurasının üzvü İbrahim Fəyyaz Zahid bu gün "İLNA"ya müsahibəsində bildirib.
O bunun HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı Tehranda baş tutan sui-qəsdlə bağlı olduğunu vurğulayıb:
"Haniyənin öldürülməsindən sonra yeni hökumət üzvlərinin parlamentə təqdim edilməsində Məsud Pezeşkian bir sıra problemlərlə qarşılaşıb. Yeni prezidentin nazirlərin təyinatı ilə bağlı diqqəti İranın Ali Rəhbəri Əli Xamenei, təhlükəsizlik orqanları və yüksəkrütbəli rəsmilərlə məsləhətləşmələrə yönəlib", - deyə o bildirib.
İbrahim Fəyyazın sözlərinə görə, bütün bu proses vaxt tələb edir və yaxın bir neçə gündə prezident yekun nəticəni İran parlamentinə təqdim edəcək.