Beynəlxalq okean tədqiqatları proqramının bir qrup alimi Yerin mantiyasının maksimum dərinliyindən (1,2 kilometr) kern (mədəndən çıxarılan lüləşəkilli süxur nümunəsi) çıxarıb. Nümunələr okeanın dibində Orta Atlantik silsiləsinin bir hissəsi olan Atlantik massivindən qazma yolu ilə əldə edilib.
Kriminal.Az xəbər verir ki, bu barədə "Science" məlumat yayıb.
Orta Atlantik silsiləsi okean dibinin bir-birindən ayrıldığı və mantiya süxurlarının səthə çıxdığı yerdir.
Məlumata görə, qazma sahəsi "İtmiş şəhər"in yaxınlığında - okeana metan və hidrogen buraxan arı pətəyi və qülləyə bənzər strukturlarla doldurulmuş hidrotermal ventilyasiya sahəsinin yaxınlığında yerləşib. İlbizlər və boru qurdları kimi kiçik onurğasızların mövcudluğunu təmin edən çox sayda mikroorqanizmlər bu molekulların hesabına artırlar.
Tədqiqatçıların fikrincə, planetin mantiyasını qazmaq üçün əvvəlki cəhdlər zamanı yalnız 201 metr dərinliyə çatmaq mümkün olub ki, bu da bakteriyaların izlərini tapmaq üçün kifayət deyil.
Alimlər qeyd ediblər ki, ümumi uzunluğu bir kilometrdən artıq olan mantiya süxurlarından nümunənin alınması onların geoloji, kimyəvi və bioloji tərkibini daha yaxşı öyrənməyə imkan verəcək. Bu məlumat həm Yerdə, həm də ondan kənarda həyatın mənşəyini anlamaq üçün vacibdir.