kriminal.az
Moldovada avtomobillər toqquşdu, beş nəfər yanaraq öldü

Moldovanın Kodryanka kəndi yaxınlığındakı avtomobil yolunda baş verən qəzada beş nəfər ölüb, daha altı nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Baş Müfəttişliyi məlumat yayıb.

Bildirilib ki, hadisəyə səbəb avtomobili idarə edən sürücülərdən birinin yol-hərəkət qaydalarını kobud şəkildə pozması olub.

Ötmə zamanı o, məsafəni düzgün hesablamayaraq qarşıdan gələn zolağa çıxıb və nəticədə öndən gələn digər avtomobillə toqquşub. Toqquşma nəticəsində avtomobillər alışıb.

"İçində ikisi uşaq olmaqla, beş nəfərin olduğu "Mitsubishi" markalı minik avtomobili ilə üçü uşaq olmaqla, altı sərnişinin olduğu "Opel" markalı minik avtomobili toqquşub. Hadisə yerinə yanğınsöndürənlər gəlib və yanğını söndürüblər. Uşaqların hamısını, böyüklərdən isə yalnız birini xilas etmək mümkün olub", - məlumatda deyilir.

Top
0.049124956130981