kriminal.az

"Taliban" hökuməti Əfqanıstanda yeni bayramın təsis edildiyini bəyan edib.

Kriminal.Az mk.ru-ya istinadən xəbər verir ki, avqustun 14-ü prezident Əşrəf Qani hökumətinin devrilməsinin ildönümünü qeyd etmək üçün rəsmi bayram elan edilib.

Bildirilib ki, "Əfqan cihadının işğala qarşı qələbəsinin" üçüncü ildönümü qeyd ediləcək.

Xatırladaq ki, 2021-ci ildə ABŞ və müttəfiq qoşunları 20 illik mövcudluqdan sonra Kabili tərk edib. Şəhər "Taliban"ın nəzarətinə keçib.

Top
0.08037805557251