kriminal.az
Rusiyanın Belqorod vilayətində sərhəddə gərginlik: Sakinlərin təxliyəsinə başlanıldı

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Belqorod vilayətinin Krasnoyarujsk rayonunun sərhədinə kimi gediblər. Bununla əlaqədar sakinlərin təhlükəsiz yerlərə köçürülməsinə başlanılıb.

Kriminal.Az-ın məlumatına görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.

"Biz səhəri təşvişlə açdıq, Krasnoyarujsk rayonunun sərhədində düşmən fəallığı müşahidə olunur. Əminəm ki, hərbçilərimiz yaranmış təhlükənin öhdəsindən gəlmək üçün hər şeyi edəcəklər. Lakin əhalimizin həyatını və sağlamlığını qorumaq üçün Krasnoyarujsk rayonunda yaşayan insanları daha təhlükəsiz yerlərə köçürməyə başlayırıq", - deyə o, videomüraciətində bildirib.

Region rəhbəri əlavə edib ki, hazırda yerlərdə insanların təxliyəsi razılaşdırılır, nəqliyyat göndərilib.

Top
0.042387962341309